Bakıda anadan olan SSRİ Xalq artisti vəfat edib
Dövlət başçısının 2021-ci il yanvarın 29-da imzaladığı digər sərəncam ilə M.Kajlayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.
Qeyd edək ki, Murad Maqomedoviç Kajlayev 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində doğulub. Onun atası Maqomed məşhur həkim, keçmiş SSRİ-də görkəmli lorinqoloq idi.
Hələ erkən yaşlarında Muradın musiqi istedadı üzə çıxıb. Onu o zaman Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin) fortepiano ixtisası sinfinə qəbul ediblər. 1949-cu ildə M.Kajlayev müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə daxil olub. O, təhsilini tanınmış bəstəkar-pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində alır.
M. Kajlayev 2016-cı ildə Dağıstan Respublikasının himninə musiqi yazıb. Bəstəkar SSRİ-Türkiyə birgə istehsalı olan məşhur “Məhəbbətim mənim, kədərim mənim” (Fərhal və Şirin) fliminə də musiqi yazıb.
Dirijorluq üzrə təcrübə dərslərini dahi maestro Niyazidən dərs alıb. O, daha sonra Dağıstanın paytaxtı Mahaçqala və Moskvada işləyib.
AzVision.az
Teqlər: