Piyadanı vurub qaçan sürücü saxlanılıb

Piyadanı vurub qaçan sürücü saxlanılıb
  23 Dekabr 2023    Oxunub:1068
Dekabrın 22-si gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində piyada, 1998-ci il təvəllüdlü İbrahim Daşdəmirovu vurub hadisə yerindən qaçan "VAZ-2106" markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bu barədə AzVision.az -a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat veriblər. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti