“WSJ”: İranın casus gəmisi Qırmızı dənizdəki husilərə yardım edir

      “WSJ”:    İranın casus gəmisi Qırmızı dənizdəki husilərə yardım edir
  23 Dekabr 2023    Oxunub:1301
İran qüvvələri Yəmənin husi milislərini raket və dron kimi silahlarla təmin etməklə yanaşı, bu yaraqlılara canlı təhlükəsizlik məlumatları təqdim edir.
AzVision.az xəbər verir ki, Qərb və regional təhlükəsizlik rəsmilərinin Amerikanın “Wall Street Journal” qəzetinə ötürdükləri məlumata görə, Qırmızı dənizdə İran qüvvələrinə məxsus kəşfiyyat gəmisi bölgədə səyahət edən ticarət gəmiləri haqqında məlumat toplayaraq husilərə çatdırır.
Yaraqlılar bu məlumatlardan son günlər Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərini hədəfə almaq üçün istifadə edibər.

“Bir çox ticarət gəmiləri Bab əl-Məndəb boğazından keçərkən izlənməmək üçün ötürücülərini söndürür. Lakin Qırmızı dənizdəki İrana məxsus casus gəmisi Husi milislərinin pilotsuz təyyarələri və raketlərinin bu gəmilərə dəqiq hücum etməsinə imkan verir”, - məlumatda deyilir.

Bununla belə, husi milislərinin sözçüsü “Wall Street Journal” qəzetinə bildirib ki, qruplaşmanın əməliyyatlarını həyata keçirməsi üçün İrana ehtiyac yoxdur:

“Çox qəribədir ki, hər şey İrana aid edilir, sanki bu, dünyanın ən güclü gücüdür”, - həmin bəyanatda vurğulanıb.
AzVision.az


Teqlər: WSJ   husilər  





Xəbər lenti