Lənkəranda yeniyetmə anafilaktik şokdan ölüb

Lənkəranda yeniyetmə anafilaktik şokdan ölüb
  23 Dekabr 2023    Oxunub:1139
Lənkəranda 15 yaşlı gənc xəstəxanada ölüb.
Ötən gecə rayonun Osakücə kənd sakini, 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə qəbul olunub.

Ona dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyularaq reanimasiya şöbəsinə keçirilib. Lakin M.Nəcəfov bu gün xəstəxanada dünyasını dəyişib. M.Nəcəfovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Fakt üzrə araşdırma başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti