Xocavənddə avtomobil aşıb, ölən var

Xocavənddə avtomobil aşıb, ölən var
  23 Dekabr 2023    Oxunub:1106
Neftçala rayon sakini Rahil Ağayevin idarə etdiyi betonvuran avtomobil Xocavənd rayonu ərazisində idarəetmədən çıxaraq aşıb.
Böyük Tağlar kəndi ərazisində baş verən hadisə nəticəsində sərnişin Elçin Nəzərov ölüb. Sürücü Rahil Ağayev isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti