Reuters: Ər-Riyad Tehranla münasibətləri ABŞ koalisiyasından üstün tutdu

      Reuters:    Ər-Riyad Tehranla münasibətləri ABŞ koalisiyasından üstün tutdu
  23 Dekabr 2023    Oxunub:1207
Səudiyyə Ərəbistanının Qırmızı dənizdə ticarət gəmilərini qorumaq üçün ABŞ-nin rəhbərlik etdiyi yeni dəniz koalisiyasında iştirakdan boyun qaçırması Ər-Riyadın Tehranla əlaqələri saxlamaq istəyinin nəticəsidir.
AzVision.az “İRNA” agentliyinə istinadən xəbər verir ki, “Reuters” agentliyinin təhlilində bu məqam vurğulanıb.

“Səudiyyə Ərəbistanının adının ABŞ-nin rəhbərlik etdiyi yeni dəniz koalisiyasının ölkələri siyahısında yer almaması bir çox ekspertləri heyrətləndirib. Səudiyyə Ərəbistanı ordusu Amerika silahları ilə təchiz olunub, Ər-Riyad 9 ilə yaxın Yəmən husiləri ilə döyüşüb və ölkə idxalının 36%-i Qırmızı dənizdən olan limanlarına əsaslanır. Lakin bütün bunlara baxmayaraq, Ər-Riyad və onun husilərlə müharibə zamanı müttəfiqi olan BƏƏ, ABŞ-nin Qırmızı dənizdəki yeni dəniz koalisiyasında iştirak etməkdə maraqlı olmadıqlarını bildiriblər”, - təhlildə deyilir.

“Reuters” belə qənaətə gəlir ki, bunun əsas səbəbi Ər-Riyadın sözügedən dəniz ittifaqında iştirakının onun Tehranla münasibətlərinə xələl gətirəcəyindən, İranla gərginliyin azaldılması prosesinə mənfi təsir göstərəcəyindən narahat olmasıdır.
AzVision.az


Teqlər: ABŞ   Səudiyyə  





Xəbər lenti