Salyanda qohumlar yol qəzasında yaralandı

Salyanda qohumlar yol qəzasında yaralandı
  23 Dekabr 2023    Oxunub:1281
Salyanda yol-nəqliyyat hadisəsi baş verib, avtomobilin aşması nəticəsində dörd nəfər xəsarət alıb.
Yol qəzası səhər saatlarında Salyanın Sarvan kəndi ərazisində qeydə alınıb. Minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alan 4 nəfər - Sarvan kənd sakinləri Abışova Gülşən, Abışova Xanım, Abışzadə Eşqin və Abışov Emil Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az



Teqlər:





Xəbər lenti