Bakı-Həştərxan aviareysi gecikir

Bakı-Həştərxan aviareysi gecikir
  23 Dekabr 2023    Oxunub:1172
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 08:05-də Bakıdan Rusiyanın Həştərxan şəhərinə yerinə yetirməli olduğu reys gecikir.
Bu barədə AzVision.az -a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumata görə, gecikməyə səbəb Həştərxan hava limanında hava şəraitinin əlverişsiz olmasıdır. Bakıdan uçuş gecikdiyi üçün təyyarənin Həştərxandan saat 10:40-da nəzərdə tutulan geri dönüşü də gecikəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti