İsveç sülhməramlı təşkilatlara daha qrant verməyəcək

   İsveç sülhməramlı təşkilatlara daha qrant verməyəcək
  23 Dekabr 2023    Oxunub:1383
İsveç hökuməti sülhə və tərk-silaha tərəfdar olan vətəndaş cəmiyyəti təşkilatlarına qrantların təqdimatını ləğv edib.
2023-cü ildə 18 təşkilat arasında bölüşdürülən qrantların ümumi məbləği təqribən 2 milyon dollara bərabər olub. Yüz ildir ki, İsveç təşkilatlarına maliyyə dəstəyi verilir. Ona görə də, qərar sərt tənqidə səbəb olub.

“Bu qərar tərk-silah, münaqişələrin qarşısının alınması və ya sülh yolu ilə aradan qaldırılması uğrunda çıxış edən təşkilatların fəaliyyətinə öz təsirini göstərəcək. Təşkilatların təxminən dörddəbiri işini dayandıracaq. Bu, pul baxımından çox böyük olmasa da, onun həcmini müdafiəyə qoyulan nəhəng sərmayələrlə müqayisə etsək, çox mühüm töhfə idi”, - deyə “İsveç dünyası” hərəkatının sədri Kerstin Berqeo bildirib.

“İsveç həkimləri nüvə silahına qarşı” təşkilatı da büdcənin təxminən 40 faizini təşkil edən maliyyə dəstəyindən bir neçə onillikdən sonra məhrum olub.

“Biz bunu başqa cür interpretasiya edə bilmərik: hökumət bizi – sülh, təhlükəsizlik, tərksilah xeyrinə danışanları susmağa məcbur etmək istəyir”, - deyə təşkilatın Baş katibi Yozefin Lind qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti