"Beşiktaş" baş məşqçisini istefaya göndərdi

 "Beşiktaş" baş məşqçisini istefaya göndərdi
  22 Dekabr 2023    Oxunub:1366
"Beşiktaş"da baş məşqçi Rıza Çalımbayla yollar ayrılıb.
AzVision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qərar komandanın Superliqanın son turunda ötən gecə evdə "Alanyaspor"a uduzmasından (1:3) sonra verilib. İstanbul klubunun əfsanəvi futbolçularından olmuş Çalımbay uğursuz çıxışlara görə istefaya göndərilib.

Qeyd edək ki, "Beşiktaş" hazırda Superliqada 16 turdan sonra 26 xalla 5-ci sıradadır. Rza Çalımbay ötən ay "Beşiktaş"a baş məşqçi təyin edilmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti