Sumqayıtda sərnişin sürücünü aldadıb 147 manatını aldı

   Sumqayıtda sərnişin sürücünü aldadıb 147 manatını aldı
  22 Dekabr 2023    Oxunub:1019
Dekabrın 21-də səhər saatlarında Sumqayıt şəhəri ərazisində “Toyota” markalı avtomobildə sərnişinin sürücünü aldadaraq 47 manat, daha sonra quldurluq yolu ilə 100 manat pulunu talaması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən* şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Rəşad Rəsulov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

AzVision.az





Teqlər:





Xəbər lenti