Fransada daha bir nazir istefa verdi

   Fransada daha bir nazir istefa verdi
  22 Dekabr 2023    Oxunub:1188
Fransanın ali təhsil və tədqiqatlar naziri Silvi Retayo yeni miqrasiya qanununa etiraz olaraq istefa verib.
Lakin respublika prezidenti Emmanuel Makron onun tələbini rədd edib. Nazir xüsusilə Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn əcnəbi tələbələrdən zəmanət girovu tələb edilməsinə qarşı çıxıb. Bu girov onlara yalnız təhsillərini başa vurduqdan sonra vətənlərinə geri döndükləri halda qaytarılacaq. Makron Retayonu əmin edib ki, bu tələb yenidən nəzərdən keçiriləcək.

Buna baxmayaraq, təklif olunan tələbi ayrı-seçkilik hesab edən məmur Fransanın baş naziri Elizabet Bornun Milad bayramları münasibətilə təşkil etdiyi ziyafətdə iştirakdan imtina edib.
Qeyd edək ki, ötən gün respublikanın səhiyyə naziri Orelyen Russo da yeni qanundan narazı qalaraq istefa verib.

AzVision.az


Teqlər:





Xəbər lenti