Qohumunu güllələyərək öldürən şəxsə cinayət işi açıldı

 Qohumunu güllələyərək öldürən şəxsə cinayət işi açıldı
  21 Dekabr 2023    Oxunub:1637
Dekabrın 21-də saat 18:30 radələrində Şamaxı rayon sakini 1979-cu il təvəllüdlü Rəfail Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AzVision.az-a bildirilib ki, araşdırma zamanı 1990-cı il təvəllüdlü Saday Manafovun aralarındakı şəxsi münasibətləri zəminində qohumu Rəfail Feyzullayevi silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Saday Manafov iş üzrə prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

***
Dekabrın 21-də saat 18 radələrində şəxsi münasibətlər zəminində 1990-cı il Manafov Saday Əlismayıl oğlu tərəfindən 1979-cü il təvəllüdlü Feyzullayev Rəfail Qərib oğlu odlu silahla qətlə yetirilib.

DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, S.Manafov hadisədən sonra intihara cəhd edib və cəhdin qarşısı alınıb.

O, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd olunub ki, S.Manafov polis əməkdaşıdır.

Ölən və hadisəni törədən şəxslər qohumdur.

AzVision.az


Teqlər:





Xəbər lenti