Hakan Fidan: "Sülh sazişinin qısa zamanda imzalanacağına ümid edirik"

      Hakan Fidan:    "Sülh sazişinin qısa zamanda imzalanacağına ümid edirik"
  21 Dekabr 2023    Oxunub:1580
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və Ermənistan arasında tarixi sülh fürsəti daha da güclənib.
AzVision.az zərər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

"Biz müttəfiqlik səviyyəsinə qaldırdığımız qardaş Azərbaycanla münasibətlərimizi hər sahədə yaxşılaşdırırıq. Biz Qarabağın yenidən qurulmasına öz töhfəmizi veririk.

Ermənistanla başladığımız normallaşma prosesini inkişaf etdirəcəyik. Bəzi ölkələrin qondarma erməni soyqırımı ilə bağlı iddiaları qızışdırması regional sabitliyə xələl gətirir. Bu dövlətlər Ermənistana heç bir xeyirxahlıq etmirlər".

AzVision.az


Teqlər:





Xəbər lenti