HƏMAS: "Qəzzada atəşkəs olmasa İsraillə saziş bağlanılmayacaq"

      HƏMAS:    "Qəzzada atəşkəs olmasa İsraillə saziş bağlanılmayacaq"
  21 Dekabr 2023    Oxunub:1147
HƏMAS İsraillə iki həftədən bir aya qədər çəkəcək humanitar atəşkəsin bağlanacağı ilə bağlı yayılan məlumatları təkzib edib.
AzVision.az xəbər verir ki, bunu hərəkatın Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk X sosial şəbəkəsindəki bəyanatında vurğulayıb. O qeyd edib ki, təcavüz dayanmayınca heç bir razılaşma olmayacaq.

"Mövqeyimiz aydındır: təcavüz dayandırılmayana qədər heç bir razılaşma olmayacaq".

Qeyd edək ki, İsrailin ərəbdilli “Makan-33” kanalı ölkənin anklavda saxlanılan girovları azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatları iki həftə müddətinə dayandırmağa hazır olduğunu, lakin tərəflərin hələ də razılığa gəlmədiyini bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti