ÜST: "Qəzzada 36 xəstəxanadan yalnız 9-u qismən fəaliyyət göstərir"

      ÜST:    "Qəzzada 36 xəstəxanadan yalnız 9-u qismən fəaliyyət göstərir"
  21 Dekabr 2023    Oxunub:1106
Qəzza zolağında 36 xəstəxanadan yalnız 9-u qismən fəaliyyət göstərir. Onların hamısı anklavın cənubundadır
AzVision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin ərazilərindəki nümayəndəsi Riçard Piperkorn Cenevrədə keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, Qəzzanın şimalda işləyən xəstəxana qalmayıb.

ÜST qalan müalicə müəssisələrinin təchizatını artırmaq üçün humanitar atəşkəs çağırışını təzələyib.

Bildirilib ki, ÜST dekabrın 20-nə kimi Qəzza zolağında səhiyyə infrastrukturuna 246 hücum qeydə alıb, nəticədə 582 nəfər ölüb, 748 nəfər yaralanıb. 36 xəstəxanadan 26-na ziyan dəyib.

AzVision.az


Teqlər:





Xəbər lenti