KTMT-nin baş katibi Ermənistana gedib

   KTMT-nin baş katibi Ermənistana gedib
  21 Dekabr 2023    Oxunub:1235
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov Ermənistana gedib.
KTMT baş katibinin səfərinin məqsədi təşkilatın Minskdə keçirilən sammitinin nəticələrini müzakirə etməkdir. Bu barədə “Sputnik Ermənistan” mənbələri məlumat yayıb.

İclasda Ermənistan tərəfinin tədbirdə iştirak etmədiyi üçün imzalamadığı sənədlər paketi qəbul edilib. Tasmaqambetovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla da görüşü nəzərdə tutulub.

Ermənistan son vaxtlar KTMT çərçivəsində keçirilən tədbirlərdə və təlimlərdə iştirak etmir. Həmçinin bu Təşkilatın baş katibinin müavininin kvotasından imtina edib.

KTMT-yə 6 ölkə - Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan daxildir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti