Macarıstan Ukraynanın NATO-ya daxil olmasına qarşıdır

Macarıstan Ukraynanın NATO-ya daxil olmasına qarşıdır
  21 Dekabr 2023    Oxunub:1050
Macarıstan Ukraynanın NATO-ya daxil olmaq niyyətinə qarşıdır, çünki bu, alyans ölkələrini hərbi münaqişəyə cəlb edə bilər.
AzVision.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban ilin sonunda keçirdiyi mətbuat konfransında deyib.

"Ukraynanın NATO-ya üzvlüyü o deməkdir ki, biz sabah oraya qoşun göndərmək məcburiyyətində qalacağıq. Biz bunu istəmirik", - Macarıstan hökumətinin başçısı deyib.

O, etiraf edib ki, dövlət suverenliyini, yəni müstəqil qərar qəbul etmək bacarığını Avropa İttifaqı və NATO-ya üzvlük baxımından vacib hesab edir, lakin Macarıstanın müharibəyə cəlb olunmasını istəmir. Onun sözlərinə görə, başqa dövlətlə hərbi münaqişədə olan ölkə ilə ittifaq Macarıstanın maraqlarına uyğun deyil.

Əvvəllər Orban dəfələrlə bəyan edib ki, Ukraynanın Şimali Atlantika Alyansına dəvət olunması üçüncü dünya müharibəsinin başlanması təhlükəsi yaradacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti