Xankəndidə “Qarabağ” - MOİK oyunu bir qolla başa çatdı - YENİLƏNİB

 Xankəndidə “Qarabağ” - MOİK oyunu bir qolla başa çatdı -  YENİLƏNİB
  21 Dekabr 2023    Oxunub:2093
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
“Qarabağ” MOİK-lə üz-üzə gəlib. Xankəndi şəhər stadionundakı qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 90+3-cü dəqiqədə Nəriman Axundzadə qələbə qoluna imza atıb.

“Köhlən atlar” 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

***

Xankəndidə "Qarabağ" və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb. Hələlik görüşdə hesab açılmayıb.

***

Xankəndidə “Qarabağ” və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ilk hissə başa çatıb. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.


***

“Qarabağ” və MOİK komandaları arasında Xankəndidə keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu başlayıb.

Xankəndindəki oyunun start heyətləri açıqlanıb
Xankəndi şəhər stadionundakı qarşılaşma az öncə start götürüb. Matçı Əli Əliyevin başçılıq etdiyi hakimlər briqadası edir. Bu oyunun qalibi 1/4 finalda “Sabah”la üz-üzə gələcək.

Xankəndidəki görüş işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol oyunudur.




AzVision.az


Teqlər:  





Xəbər lenti