Somali ordusu Masaqauey şəhərini silahlılardan təmizləyib

Somali ordusu Masaqauey şəhərini silahlılardan təmizləyib
  20 Dekabr 2023    Oxunub:861
Somalinin mərkəzində yerləşən Masaqauey şəhərini "Əl-Şəbab" silahlılarından azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Silahlıları təqib etmək üçün əməliyyat hazırda Qalqudud bölgəsinin şərq hissəsində bir neçə cəbhədə davam edir.

Əməliyyat zamanı hər iki tərəfdən itkilər barədə məlumat verilməyib.

Hökumət qoşunları Afrika İttifaqının müvəqqəti missiyasının işinin mərhələli şəkildə başa çatmasını nəzərə alaraq, prezident sarayının 24 saatlıq təhlükəsizliyini öz üzərinə götürüb.

"Əl-Şəbab" 2004-cü ildə Somalidə yaranıb. 2010-cu ilə qədər paytaxt daxil olmaqla ölkənin geniş ərazisinə nəzarət edirdi, lakin 2011-ci ilin yayında Moqadişunu tərk edərək hökumət və onun müttəfiqləri ilə partizan müharibəsinə keçməyə məcbur oldu.

AzVision.az



Teqlər:





Xəbər lenti