Küveyt Əmiri hökumətin istefasını qəbul edib

Küveyt Əmiri hökumətin istefasını qəbul edib
  20 Dekabr 2023    Oxunub:769
Küveytin yeni Əmiri Şeyx Məşəl əl-Əhməd əs-Sabah hökumətin istefasını qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə “Kuwait News Agency” (KUNA) agentliyi məlumat yayıb.

Qeyd olunub ki, əmirliyin Nazirlər Kabinetinin üzvləri müvəqqəti olaraq öz vəzifələrini icra etməyə davam edəcəklər.

Xatırladaq ki, 16 dekabrda Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib. Küveyt qanunlarına əsasən, əmirin ölümündən sonra taxta sahiblik vəliəhd şahzadəyə keçir və Şeyx Məşəl əl-Əhməd əs-Sabah bu gün parlamentdə and içdikdən sonra hakimiyyətə gəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti