Zelenski Ukraynanın uğursuz əks-hücumunu şərh edib

   Zelenski Ukraynanın uğursuz əks-hücumunu şərh edib
  20 Dekabr 2023    Oxunub:1132
Bu ilin yayında ölkənin cənubunda Ukraynanın əks-hücum keçirməsini orduda, xüsusən də hava məkanına nəzarət etmək üçün kifayət qədər sursatın olmaması əngəlləyib.
AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodomir Zelenski ilin yekunlarına həs olunmuş mətbuat konfransında belə bəyanat səsləndirib.

“Ukrayna tərəfindən nəzarət olunmayan səmalar 2023-cü ildə cənub əməliyyatına təsir etdi. Biz səmaya nəzarət etmirik, kifayət qədər uyğun sursatımız yoxdur. Ancaq bu, çıxış yolu tapmayacağımız və ya hələ tapmadığımız demək deyil. Amma bunun üçün həqiqətən dəstəyə ehtiyacımız var. Çünki, sadəcə olaraq, sursat üçün bəzi şeylərimiz yoxdur. Biz bunun üzərində işləyirik”, - Zelenski deyib.

Qərb mediasının təmsilçisinin cəbhədəki cari hadisələrin “itkilərin başlanğıcı” olub-olmaması və onların müharibədə itkiyə gətirib çıxara biləcəyi barədə sualına Ukrayna prezidenti qətiyyətlə “yox” cavabını verib. O, öz cavabını müharibənin əvvəlindəki vəziyyətin indikindən daha pis olduğu ilə əsaslandırıb.

- Onda biz ən çətin vəziyyətdə idik, demək olar ki, tamamilə işğal olunmuşduq - ən azı mərkəzi rayonlar, dövlətimizin maddi-texniki təchizatı, avtomobil yolları, dəmir yolları, ərzaq təchizatı, tam blokadada idik. İndi fərqli vəziyyətimiz var”, - Ukrayna prezidenti bildirib.

Bununla belə, Zelenski təhdidlərin hələ də qaldığını etiraf edib. Onun sözlərinə görə, artilleriya mərmiləri, artilleriya sistemləri, tank əleyhinə raket sistemləri (TƏRS), artilleriya sistemlərinin təmiri və sairlə bağlı çətinliklər mövcuddur. Ancaq bunun üçün tədricən hablar açılır.

“Silahlarımızı təmir etmək üçün hablara çata bilməyəndə qonşularımızla çətinliklərimiz olurdu. Çünki məsələyə siyasət qarışır. Hər kəs bunun asan olmadığını başa düşür. Haqqında danışdığınız risk həmişə var”, - Zelenski vurğulayıb.

Müharibənin bitməsi ilə bağlı suala Zelenski “Əgər müqavimətimizi itirməsək, müharibəni daha tez bitirəcəyik. Əgər ruhumuzu, mənəvi gücümüzü itirməsək. Bədbinliklə də yaşaya bilərik, amma bədbinlik və şübhə ilə ölkəni itirə bilərik. Mən buna hazır deyiləm” cavabını verib.

Volodomir Zelenski, həmçinin bu qış Ukraynaya bir neçə yeni “Patriot” hava hücumundan müdafiə sisteminin gətiriləcəyini də bildirib. Lakin məxfi məlumatları açıqlamamaq üçün dəqiq rəqəmi deməyib.
AzVision.az



Teqlər: Zelenski   müharibə  





Xəbər lenti