Küveytin yeni əmiri and içib

   Küveytin yeni əmiri and içib
  20 Dekabr 2023    Oxunub:853
Küveytin yemi əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə Küveytin rəsmi agentliyi KUNA məlumat yayıb. Qeyd edilib ki, Milli Məclisdə yeni əmir Şeyx Məşəlin andiçmə mərasimi keçirilib. Bununla da o, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Əmirliyin Şurasının naziri Şeyx Məhəmməd əl-Abdullah əl-Mübarək əs-Sabah dekabrın 16-da Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfat etdiyini açıqlayıb. Həmin gün Küveyt Nazirlər Şurası vəliəhd Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın ölkənin yeni əmiri olduğunu elan edib.

Küveytin yeni əmiri Şeyx Məşəl 1940-cı il sentyabrın 27-də anadan olub, keçmiş əmir Şeyx Əhməd əl-Cabir əs-Sabahın 7-ci oğludur. İbtidai təhsilini paytaxt Küveytdəki Mübarəkiyyə məktəbində alıb. Daha sonra təhsilini İngiltərədəki Hinden Polis Kollecində tamamlayıb.

Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışan Şeyx Məşəl 1967-1980-ci illərdə polkovnik rütbəsi ilə Dövlət Təhlükəsizliyi Qurumunun rəisi olub. O, 2004-cü il yanvarın 13-də Milli Qvardiyanın rəis müavini vəzifəsində çalışıb və vəliəhd şahzadə olana qədər bu işdə qalıb. Əmir Navafın 15 noyabr 2021-ci il tarixli qərarı ilə Şeyx Məşəl vəliəhd şahzadə təyin edilib.

Sələfi Şeyx Nevvafın qardaşı olan Küveyt əmiri Şeyx Məşəlin 7-si qız olmaqla 12 övladı var.

AzVision.az


Teqlər:





Xəbər lenti