Kolorado məhkəməsi Trampı seçkilərdə iştirakını qadağan edib

Kolorado məhkəməsi Trampı seçkilərdə iştirakını qadağan edib
  20 Dekabr 2023    Oxunub:906
ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi keçmiş dövlət başçısı Donald Trampa prezidentliyə namizəd kimi yerli praymerizlərdə iştirakını qadağan edən hökm çıxarıb.
Bu barədə “CNN” məlumat yayıb. Hakimlər qərarlarını ABŞ Konstitusiyasına 14-cü düzəlişlə izah ediblər. Düzəlişə əsasən, etirazçılar yüksək dövlət vəzifələri tuta bilməz.

Telekanal qeyd edib ki, ştatın Ali Məhkəməsinin hakimlərinin hamısı (yeddi hakim – Qeyd) demokrat qubernatorların qərarları ilə bu vəzifələrə təyin ediliblər.

Məhkəmənin Trampa qarşı çıxardığı hökm yalnız Kolorado ştatında etibarlıdır. Qərar eks-prezidentin yanvarın 4-dək ABŞ Ali Məhkəməsinə müraciət etmək hüququ olduğu üçün hələ qüvvəyə minməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti