İsveçdə uşaqların əmlakı müsadirə edilə bilər

İsveçdə uşaqların əmlakı müsadirə edilə bilər
  20 Dekabr 2023    Oxunub:921
İsveç hökuməti Qanunvericilik Şurasına yeni və müstəqil müsadirə haqqında qanunu təqdim edəcək.
Söhbət əgər şübhəli şəxsin əmlaka müvafiq qanuni gəliri olmadığı sübut olunarsa, cinayətkarlardan avtomobillər, zinət əşyaları və nağd pul kimi cah-calallı əşyaların müsadirə edilməsindən gedir. Hökumət cinayətlərlə bağlı iqtisadi gəlirlərin hazırda 10-15 milyard dollar olduğunu təxmin edir.

Təklif olunan qanun layihəsinə əsasən, cinayətkarın hesabından çıxarılan pul dövlət tərəfindən zərərçəkmiş şəxsə geri qaytarılmalıdır. Təklifdə həmçinin uşaqların əmlakının müsadirə edilməsi məsələsi də müzakirə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti