İranlı deputat: “Urmu gölünün qurumasının rəsmilər üçün heç bir əhəmiyyəti yoxdur”

      İranlı deputat:    “Urmu gölünün qurumasının rəsmilər üçün heç bir əhəmiyyəti yoxdur”
  19 Dekabr 2023    Oxunub:1115
Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında yerləşən Urmu gölünün quruması problemi İran hökumətini, demək olar ki, narahat etmir.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, Təbriz şəhərinin İran parlamentindəki təmsilçisi Əhməd Əlirza Beyqi Urmu gölünün dirçəldilməsi prosesi ilə bağlı bədbin əhval-ruhiyyə sərgiləyib.

“Urmu gölünün bərpası qərargahının əhəmiyyəti aşağı salınıb və sözügedən gölün canlandırılmasının Qərbi Azərbaycan valiliyinə həvalə edilməsi məsələnin hakimiyyət üçün önəmli olmadığını göstərir.Urmu gölünün vəziyyəti ilə bağlı təhlükə hiss edərkən, Qərbi Azərbaycan əyalətinin başçısını izahat vermək üçün dəvət etdik, ancaq təəssüf ki, o, bizə qaneedici cavab vermədi”, - Əhməd Əlirza Beyqi deyib.

Millət vəkili Urmu gölünün vəziyyətinin qayğısına qalmağın prioritet sayılmadığını təəssüf hissi ilə vurğulayıb.

“Gölün vəziyyəti yalnız ekoloji problem kimi qeyd olunur. Təəssüf ki, hökumət davam edən fəlakətin aradan qaldırılması üçün lazımi səy göstərmir və sözügedən qərargahın rəhbəri ona həvalə edilmiş vəzifələrə görə cavabdeh olmalıdır” , - deputat vurğulayıb.
AzVision.az


Teqlər:





Xəbər lenti