PSJ-nin qapıçısının evi qarət edilib, həyat yoldaşı xəsarət alıb

PSJ-nin qapıçısının evi qarət edilib, həyat yoldaşı xəsarət alıb
  19 Dekabr 2023    Oxunub:875
Fransanın PSJ klubunun qapıçısı Aleksandr Letelyenin evi qarət edilib.
AzVision.az "RMC Sport"a istinadən xəbər verir ki, hadisə dekabrın 18-dən 19-na keçən gecə saat iki radələrində baş verib.

Naməlum şəxslər 33 yaşlı qolkiperin Paris ətrafındakı evinə daxil olublar. Həmin vaxt futbolçunun özü, həyat yoldaşı, həmçinin 2 və 6 yaşlı iki uşağı evdə olub. Cinayətkarlar oyunçunun ailəsini silahla hədələyiblər, ondan pul və zinət əşyaları tələb ediblər. Hətta Letelyenin həyat yoldaşının üzünə zərbələr endirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 4 şəxsi saxlayıblar, onlardan ikisi yetkinlik yaşına çatmayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti