İranda xeyriyyəçilərin tikdiyi məktəblər satılır - VİDEO

   İranda xeyriyyəçilərin tikdiyi məktəblər satılır -    VİDEO
  19 Dekabr 2023    Oxunub:1262
Ciddi maliyyə çatışmazlığı ilə üzləşən İran hökuməti çıxış yolunu xeyriyyəçi təşkilatların tikdiyi məktəbləri satmaqda tapıb.
AzVision.az İranın xeyriyyə təşkilatının baş direktoru Zəhra Gitinin açıqlamasına istinadən xəbər verir ki, İbrahim Rəisi hökuməti “Dövlət aktivlərinin yaradılması” planı çərçivəsində çoxlu sayda xeyriyyə məktəblərini satışa çıxarılan daşınmaz əmlak siyahısına daxil edib.

“Məktəblərin 70%-i xeyriyyəçilər tərəfindən tikilib və hökumətin büdcə kəsirinə görə təhsil ocaqları satılmamalıdır. Xeyriyyəçilər onların pullarına tikilən məktəblərin satışa çıxarıldığını görüncə yeni məktəblərin tikilməsinə maliyyə buraxmaq istəmirlər. Bu məktəblər dövlət mülkiyyətində deyil!”, - Giti deyib.

Teokoratik rejimin ağır iqtisadi vəziyyətdən çıxmaq üçün belə möhtəkirliklərə əl atması İran hökumətinin nüfuzuna ciddi zərbələr vurur.

AzVision.az


Teqlər: İran   məktəblər  





Xəbər lenti