"Qarabağ"dan yeni rekord

   "Qarabağ"dan yeni rekord
  19 Dekabr 2023    Oxunub:979
“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb.
AzVision.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu eyni rəqiblə oyunlarda ən çox qol vuran komanda olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Misli Premyer Liqasının 17-ci turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlib. Matçdakı sonuncu qolun müəllifi Hamidu Keyta “Qarabağ”ın Azərbaycan derbisindəki 120-ci topuna imza atıb. Ağdam təmsilçisi bu göstəriciyə 93-cü matçda çatıb.

Bu görüşədək rekord “Neftçi”yə məxsus idi. Bakılılar “Şamaxı” ilə qarşılaşmalarda 119 qol vurub.

AzVision.az


Teqlər:





Xəbər lenti