Rusiyaya qarşı 12-ci sanksiyalar paketi təsdiqləndi

   Rusiyaya qarşı 12-ci sanksiyalar paketi təsdiqləndi
  18 Dekabr 2023    Oxunub:1123
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiqləyib.
Məlumata görə, təşkilat, o cümlədən Rusiya Federasiyasından almaz idxalına qadağa qoyub. Bununla yanaşı, Aİ Rusiyaya qarşı ikili təyinatlı məhsul və texnologiyalara yeni ixrac məhdudiyyətləri tətbiq edib, həmçinin 29 şirkəti və bir neçə şəxsi qara siyahıya salıb.

Qeyd olunub ki, Avropa Komissiyası tərəfindən Rusiyaya 12-ci sanksiyalar paketi çərçivəsində almaz idxalına qoyulan qadağa Moskvanı 4 milyard avrodan məhrum edəcək. G7-nin bütün üzvləri 2024-cü il yanvarın 1-dən gec olmayaraq Rusiyadan almazların ixracına birbaşa qadağa tətbiq edəcəklər.

2024-cü il martın 1-dən üçüncü ölkədə emal olunmuş Rusiya almazlarının ixracına qoyulan qadağa qüvvəyə minəcək, sentyabrın 1-dən isə qadağa brilyantlar, zərgərlik məmulatları və bahalı saatlar daxil edilməklə genişləndiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti