Serbiyada parlament seçkisi: Vuçiçin partiyası qalib gəlib

Serbiyada parlament seçkisi:    Vuçiçin partiyası qalib gəlib
  18 Dekabr 2023    Oxunub:1217
Serbiya Prezidenti Aleksandar Vuçiç dekabrın 17-də baş tutan növbədənkənar parlament seçkisində qalib gəldiklərini açıqlayıb.
Serbiya seçki komissiyasının məlumatına görə, seçki bülletenlərinin 97,22% -nin emalından sonra hakim Serbiya Proqressiv Partiyasının iştirak etdiyi siyasi blok 47,36%, müxalif “Serbiya zorakılığa qarşı” partiyası isə 23,5% səs toplayıb.

Bu nəticələrdən sonra Serbiya prezidenti bazar günü axşam mətbuat konfransında qeyd edib ki, onun təmsil etdiyi siyasi qrup parlamentdə mütləq çoxluğa, ən azı 127 yerə sahib olacaq.

Xatırladaq ki, əvvəlki qanunverici orqanda Vuçiç və tərəfdarlarının 120 mandatı var idi.

AzVision.az


Teqlər:





Xəbər lenti