Pirotexniki vasitələrın satıldığı anbar aşkar edilib

Pirotexniki vasitələrın satıldığı anbar aşkar edilib
  18 Dekabr 2023    Oxunub:1076
Sumqayıt şəhər və Qaradağ rayon polis idarələrinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində birgə tədbir keçirilib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, tədbir zamanı Sumqayıt şəhəri ərazisində pirotexniki vasitələrin satışını həyata keçirən bir nəfər şəhər sakini müəyyən olunaraq saxlanılıb.

Ona məxsus anbardan ümumilikdə 10 min ədəddən çox yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib. Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti