"Qarabağ incəsənət düşərgəsi" sərgisi açılıb - FOTO
Rəssamların işləri arasında Cavanşir Məmmədovun “Qarabağ, əziz Şuşa, sən azadsan!”, Samir Səmədovun “Xəzinə yüklü Qarabağ gözəli”, Kamran Əsədovun “Zəfər” və digər müəlliflərin rəngkarlıq və heykəltaraşlıq nümunələri maraq doğurur.
Sərgi məkanında yer alan Gömrük Tarixi Muzeyinin stendində də maraqlı nümunələr var. Qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmağa cəhd göstərilən əşyalar - maddi mədəniyyət nümunələri təqdim edilir. Burada zinət əşyalarından silah növlərinə, qiymətli əlyazmalardan musiqi alətlərinə müxtəlif əsərlər maraqla qarşılanır.
Sərgidə, həmçinin təkəlduz tətbiqi sənət növü, misgərlik, zərgərlik, quramalar, təzhib, balaban və sədəfdüzmə nümunələri də təqdim olunur.
AzVision.az
Teqlər: