İsrail Hizbullaha qarşı quru əməliyyatı keçirməyi planlaşdırır

  İsrail Hizbullaha qarşı quru əməliyyatı keçirməyi planlaşdırır
  18 Dekabr 2023    Oxunub:937
"İsrail Livanın cənubunda yaraqlı şiə təşkilatı Hizbullaha qarşı quru əməliyyatı keçirməyi planlaşdırır". Bu barədə Britaniyanın “The Times” qəzeti yazır.
Qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri bununla da Hizbullah qoşunarını Livan-İsrail sərhədindən təxminən 20 kilometr aralıda yerləşən Litana çayına sıxışdırmağa çalışır.

İsrail rəhbərliyi oktyabrın 7-də Fələstinin HƏMAS radikal qruplaşmasının üzvləri kimi yaraqlıların İsrailin şimalına hücum edə biləcəyindən narahatdır.

Bir gün əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarənin Livanın Xomin əl-Taxta kəndində İsraillə sərhəddən 40 km aralıda yerləşən “Hizbullah” şiə milislərinin bazasına zərbələr endirilməsi ilə bağlı məlumat yayılmışdı.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkə ordusunun Livandakı bir neçə Hizbullah hədəfini vurduğunu bildirmişdi. Qeyd edilirdi ki, İsrail ordusunun təyyarələrinin iştirakı ilə əməliyyat keçirmək qərarı qonşu dövlətin ərazisindən raket buraxılışları ilə bağlı qəbul edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: İsrail  





Xəbər lenti