Aİ-nin Rusiyaya qarşı sanksiyalardan itkiləri hesablanıb

   Aİ-nin Rusiyaya qarşı sanksiyalardan itkiləri hesablanıb
  18 Dekabr 2023    Oxunub:1094
Avropa İttifaqı anti-Rusiya sanksiyalarından itkiləri təxminən 1,5 trilyon dollar qiymətləndirib.
Bu barədə RİA Novosti “Times” və New York Times qəzetlərinin maliyyə hesabatlarının təhlilinə istinadən məlumat yayıb. “Eurostat”ın məlumatına görə, idxal qiymətləri orta hesabla ayda 15,2 milyard avroya yüksəlib: 7,7 milyard avro mayeləşdirilmiş təbii qaza, 7,5 milyard avro boru kəməri qazına gedib.

Agentlik qeyd edib ki, Ukrayna və onun müttəfiqlərinin Rusiyanı tərk edən şirkətlərə qarşı sanksiyalar tətbiq etmək cəhdləri əks nəticə verib.

Beləliklə, Rusiya şirkətləri güzəştli qiymətlərlə gəlirli müəssisələr əldə etdilər və dövlət xarici firmaların getməsinə görə vergilərdən 1,25 milyard dollar gəlir əldə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti