Georgiyeva: “Qərbin dəstəyi olmadan Ukrayna cəmi bir neça ay duruş gətirəcək"

      Georgiyeva:    “Qərbin dəstəyi olmadan Ukrayna cəmi bir neça ay duruş gətirəcək"
  18 Dekabr 2023    Oxunub:1101
Beynəlxalq valyuta fondunun (BVF) sərəncamçı direktoru Kristalina Georgiyeva Qərbin maliyyə dəstəyi olmadan Ukraynanın cəmi bir neçə ay dürüş gətirə biləcəyini deyib.
AzVision.az xəbər verir ki, xanım Georgiyeva İngiltərənin məşhur “Financial Times” nəşrinə müsahibəsində belə deyib.

“Kiyev bir neçə ay ərzində ehtimal olunan qısamüddətli maliyyə çatışmazlığına tab gətirə biləcək” , - Kristalina Georgiyeva vurğulayıb.

BVF rəhbəri Qərb ölkələrini Ukrayna iqtisadiyyatına təhlükənin qarşısını almaq üçün Kiyevə “təcili olaraq on milyardlarla dollar ayırmağa” çağırıb. Onun sözlərinə görə, Kiyev hakimiyyətinə yardımın verilməsində əlavə gecikmələr Ukraynanı “pul çap etmək kimi sabitliyi pozan siyasətə” qayıtmaq məcburiyyəti qarşısında qoya bilər.
AzVision.az


Teqlər: BVF   Ukrayna  





Xəbər lenti