Hakan Fidan Blinkenlə Qəzzanı müzakirə edib

   Hakan Fidan Blinkenlə Qəzzanı müzakirə edib
  17 Dekabr 2023    Oxunub:1276
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Entoni Blinkena arasında telefon danışığı olub.
AzVision.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, diplomatlar ikitərəfli münasibətlərlə yanaşı regional və qlobal məsələləri müzakirə ediblər.

Eyni zamanda, Türkiyənin XİN başçısı “Qəzzaya hücumların dayandırılması üçün ABŞ-nin İsrail üzərindəki nüfuzundan istifadə etməsi” ilə bağlı həmkarına çağırış edib.

AzVision.az


Teqlər:





Xəbər lenti