Azərbaycanda qış alpinizmi üzrə ilk yarış keçiriləcək

   Azərbaycanda    qış alpinizmi üzrə ilk yarış    keçiriləcək
  16 Dekabr 2023    Oxunub:1601
2024-cı ilin martında 22 ölkənin iştirakı ilə keçiriləcək yarışlardan birinin Azərbaycanda təşkili ilə bağlı Turizm Agentliyi ilə Qış Alpinizmi Beynəlxalq federasiyası arasında razılıq əldə edilib.
“Şahdağ” qış turizm mövsümünə hazırdır
Bu barədə jurnalistlərə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov məlumat verib. Onun sözlərinə görə, yarışların keçirilməsi məqsədilə Şahdağda xizək alpinizmi komandası yaradılıb. Komandaya ətraf regionlardan, əsasən Quba və Qusar rayonlarından gənclər və uşaqlar cəlb edilib.

Onların 2026-cı il olimpiya yarışlarında iştirakına lisenziya qazana bilmələri üçün bütün imkanlar yaradılıb. Bunun üçün Fransadan mütəxəssislər, təlimçilər dəvət olunub. Xizəkçilər Andorra və digər Avropa ölkələrinə təlim-məşqlərə də göndərilirlər.

S.Hasanova

AzVision.az


Teqlər: Şahdağ   Turizm  





Xəbər lenti