Tehran və Ər-Riyad: “Pekin razılaşması”na sadiqik

      Tehran və Ər-Riyad:    “Pekin razılaşması”na sadiqik
  16 Dekabr 2023    Oxunub:1417
Pekində üç ölkənin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə İran, Səudiyyə Ərəbistanı və Çin arasında üçtərəfli müştərək komitənin iclası keçirilib.
AzVision.az xəbər verir ki, görüşün yekun bəyanatında İran və Səudiyyə Ərəbistanı mart ayında əldə edilmiş Pekin razılaşmasını həyata keçirmək üçün götürdükləri öhdəliklərə tam sadiq qaldıqlarını vurğulayılar.

Hər üç ölkə Qəzzadəkı müharibə vəziyyətindən də narahat olduqlarını bildiriblər və bu münaqişənin hər hansı həllinin Fələstin xalqının iradəsini ehtiva etməli olduğunu bildiriblər.

Birgə komitənin növbəti iclasının 2024-cü ilin iyununda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı arasında diplomati əlaqələrin kəsilməsindən 7 il sonra bu il martın 10-da Çinin vasitəçiliyi ilə iki ölkə münasibətlərin bərpa olunması barədə razılığa gəliblər.
AzVision.az


Teqlər: İran   Səudiyyə  





Xəbər lenti