WSJ: "İran İsrail-HƏMAS müharibəsindən qazanc götürə bilmir"


  WSJ:  "İran İsrail-HƏMAS müharibəsindən qazanc götürə bilmir"
  16 Dekabr 2023    Oxunub:1267
Heç bir ölkə HƏMAS-ın oktyabr ayında İsrailə hücumundan və İsrailin reaksiyasına beynəlxalq qəzəbdən İran qədər qazanc götürməyə ümid etmirdi.
AzVision.az xəbər verir ki, ABŞ-nin mıəşhur “The Wall Street Journal” qəzetində dərc olunan materialda belə deyilir.

Bununla belə, İranın ümidlərinin puça çıxdığı vurğulanır.

"Lakin iki aydan çox vaxt keçsə də, Tehran münaqişədən hələ də ciddi strateji qazanc əldə edə bilməyib” , - materialda deyilir.

Qəzetin fikrincə, HƏMAS-ın tamamilə məhv edilməsi İranı utandıracaq və Tehranın bölgədəki tərəfdaşları arasında onun düşündükləri qədər etibarlı olmadığı barədə narahatlıq yaradacaq.

Yazıda ABŞ-nin “Fələstin Muxtariyyətini dirçəltmək, İsrail-Fələstin sülh danışıqlarını bərpa etmək və ya ərəb-İsrail münasibətlərinin normallaşmasını daha da irəli aparmaq” planlarının həyata keçirilməsini İranın istəmədiyi bildirilir.
AzVision.az


Teqlər: WSJ   Iran  





Xəbər lenti