“Söz verirəm” tamaşası Türkiyədə səhnələşdiriləcək

   “Söz verirəm” tamaşası Türkiyədə  səhnələşdiriləcək
  15 Dekabr 2023    Oxunub:1104
Türkiyədə rus dramaturqu Aleksey Nikolayeviç Arbuzovun yazmış olduğu “Söz verirəm” tamaşası Kemal Başarın rejissorluğu ilə səhnələşdiriləcək.
Tamaşa sarısıdıcı mövzusu ilə müharibələrin dağıdıcılığına qarşı insanlığa, sevgiyə, məsumiyyətə çağırış edir.

Bombardıman altındakı kəndlərdən birində, qəzalı vəziyyətə düşmüş evdə yolları kəsişən və bir-birilərindən başqa kimsəsi qalmayan, yaşamaq üçün savaşan üç gəncin hekayəsi seyirciyə müxtəlif duyğuları bir arada yaşamaq və anlamaq imkanı verir.
Əsərin qəhrəmanları Lika, Marat və Leonidikin dağıntılar arasında filizlənən sevgiləri, məyusluqları, sevincləri, ümidsizlikləri, mübahisələri və ağrıları ölümsüz bir dostluğun təməlini qoyur.



Premyerası Türkiyədə 16 dekabr tarixində baş tutacaq tamaşada “Leonidik” obrazını canlandıran gənc aktyor Efe Can Karakaya həyat verdiyi obraz haqqında bunları bildirib:

“Leonidik, həyatda çətinliklər yaşamasına baxmayaraq həmişə istədiklərinin arxasınca gedən və nə olursa olsun ailəsindən, dostlarından vaz keçməyən bir qəhrəmandır. Özümü azad ifadə edə bildiyim teatr səhnələri həyatımın ilk sıralarındadır. Fikirlərini və öyüdlərini dinləməkdən hər zaman məmnun olduğum rejissor Kemal Başarın öndərliyində çalışmaq bu sahədə məni bir addım daha da irəli daşıdığına əminəm. “Söz verirəm” tamaşası seyirciyə savaşlara, acılara rəğmən bir ailə olmağın mesajını verir. Günahsızların məzlum olduğu savaşlarda qazanan yoxdur. Düşünürəm ki, ailə olmaq bu həyatda hər şeydən daha önəmlidir”



Bilirsiniz ki, Azərbaycanda ikinci Qarabağ savaşı yaşandı və Azərbaycan öz haqlı savaşında zəfər qazandı. Türkiyə ölkəmizin siyasi və mənəvi dəstəkçisi olaraq Azərbaycanın yanında oldu. Hər iki qardaş ölkənin işğalla və terrorla mücadiləsini ifadə edən ortaq tamaşa, film layihələri hazırlanarsa özünüzü həmin layihələrin bir parçası olaraq görürsünüzmü sualına gənc aktyor belə cavab verdi:
“Əlbəttə, belə layihlərdə məmnuniyyətlə yer almaq istəyərəm. Tarixdə yaşananları günümüzdə bir çox insana təkrar anlatmaq və eyni duyğuları hiss etdirmək hadisələrin yaddaşlardan silinməməsi üçün çox önəmlidir ”



AzVision.az



Teqlər:





Xəbər lenti