“Dəmir yoluna dair sənədlər yüksək hazırlıq səviyyəsindədir”- Overçuk

   “Dəmir yoluna dair sənədlər yüksək hazırlıq səviyyəsindədir”-    Overçuk
  15 Dekabr 2023    Oxunub:1032
"İrəvanla Bakı arasında dəmir yolunun açılmasını nəzərdə tutan sənədlər yüksək hazırlıq səviyyəsindədir".
AzVision.az Sputnik Armenia-ya istinadla xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O qeyd edib ki, kommunikasiyaların açılması üzrə işlər davam edir və bu məqsədlə üçtərəfli işçi qrupu yaradılıb:

“Emissiyanın maliyyə komponenti hesablanır, hələlik konkret rəqəmlər yoxdur. Rusiya burada daha çox vasitəçi rolunu oynayır və əgər tərəflər bu işi davam etdirməyə hazırdırsa, o zaman biz də təbii ki, iştirak etməyə hazırıq”.

Rusiya rəsmisi vurğulayıb ki, tərəflər artıq birbaşa, vasitəçilərin iştirakı olmadan işlər görməyə başlayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti