Dünya Bankı Ukraynaya 1,34 milyard dollar maliyyə dəstəyi ayırıb

   Dünya Bankı Ukraynaya 1,34 milyard dollar maliyyə dəstəyi ayırıb
  15 Dekabr 2023    Oxunub:1002
Dünya Bankı (DB) Ukraynaya 1,34 milyard dollar məbləğində əlavə maliyyə dəstəyi ayırıb.

AzVision.az xəbər verir ki, bu barədə DB-nin saytında yerləşdirilən məlumatda deyilir.

Ukraynada Davamlı Dövlət İdarəçiliyinə Dövlət Xərclərinə Dəstək (Sülh) layihəsi çərçivəsində təqdim olunan paket ölkədə mühüm dövlət xidmətlərinin milli və regional səviyyədə çatdırılmasını dəstəkləmək üçün nəzərdə tutulub. O cümlədən, vəsait pensiyaların, müəllimlərin və fövqəladə hallar xidmətinin işçilərinin əmək haqlarının ödənilməsinin təmin edilməsinə, məcburi köçkünlərin maddi təminatına yönəldiləcək.

Paketə Ukrayna üçün İrəli Lazımlı Kreditin Artırılması (ADVANCE Ukraine) trast fondu çərçivəsində Yaponiya hökuməti tərəfindən zəmanət verilən 1,086 milyard dollar kredit, həmçinin Ukraynaya Yardım, Bərpa, Yenidənqurma və İslahat Etimad Fondundan (URTF) 190 milyon dollar qrant, İsveçrə hökumətindən 20 milyon dollar, ABŞ hökumətindən isə 50 milyon dollar qrant daxildir.

Hesabatda bildirilir ki, Dünya Bankı bu günə kimi “Ukraynaya təcili maliyyə dəstəyi üçün 39 milyard dollardan çox vəsait ayırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti