"BakuBus"un avtobusunda yanğın olub

   "BakuBus"un avtobusunda yanğın olub
  15 Dekabr 2023    Oxunub:1160
Bu gün "BakuBus" MMC-yə məxsus olan 6 saylı xətt üzrə hərəkət edən avtobusda kondisionerin partlaması nəticəsində yanğın baş verib.
"BakuBus"dan AzVision.az -a verilən xəbərə görə, hadisə bu gün saat 09:30 radələrində 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda texniki nasazlıq səbəbindən avtobuslarda mövcud avtomatik qoruma sistemi işə düşüb:

"Sərnişinlər avtobusdan düşürdülmüş və avtobus qaraja yönləndirilmişdir. Dərhal avtobus qarajdan ehtiyat avtobusla əvəz edilmiş, marşrutun hərəkət qrafiki bərpa edilmişdir. Sərnişinlər arasında xəsarət alan yoxdur".

AzVision.az


Teqlər:





Xəbər lenti