Venesuela və Qayana müharibədən imtina etdilər

   Venesuela və Qayana müharibədən imtina etdilər
  15 Dekabr 2023    Oxunub:836
Qayana və Venesuela mübahisəli Essekibo bölgəsindəki vəziyyəti güc tətbiq etmədən müzakirə etməyə razılaşıblar.
Bu barədə iki ölkə liderləri arasında danışıqların yekunlarına dair birgə bəyanatda deyilir. Tərəflər 1966-cı il Cenevrə razılaşmasına uyğun olaraq fikir ayrılıqlarını həll edəcəkləri barədə razılığa gəldilər.

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, Qayana və Venesuela birbaşa və ya dolayısı ilə heç bir şəraitdə, o cümlədən hər iki dövlət arasında mövcud olan hər hansı fikir ayrılıqlarından irəli gələn şəraitdə bir-birini təhdid etməyəcək və ya güc tətbiq etməyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti