Qazaxıstanda 10 milyon hektar torpaq ərazisi dövlətə qaytarılıb

Qazaxıstanda 10 milyon hektar torpaq ərazisi dövlətə qaytarılıb
  15 Dekabr 2023    Oxunub:969
2022-ci ilin əvvəlindən Qazaxıstan hakimiyyəti 10 milyon hektar istifadəsiz və qanunsuz verilmiş torpağı dövlət mülkiyyətinə qaytarıb.
AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, otlaqların qıtlığı məsələsinin aktuallığı nəzərə alınaraq, geri qaytarılan torpaqlar müvafiq yaşayış məntəqələrinə təyin edilərək fermerlərin ehtiyacları üçün prioritetləşdirilir.

Vurğulanıb ki, müvafiq işlər Qazaxıstan lideri Qasım-Jomart Tokayevin xalqa müraciətində qeyd olunan tapşırıqlarına uyğun olaraq 2022-2023-cü illərdə həyata keçirilib:

“Prezidentin tapşırıqlarının keyfiyyətli və vaxtında icrası üçün Baş Nazir Əlixan Smailovun sərəncamı ilə tərkibinə hüquq-mühafizə orqanlarının, nazirliklərin və alimliklərin nümayəndələrinin daxil olduğu xüsusi dövlət komissiyası yaradılıb”.


AzVision.az


Teqlər:





Xəbər lenti