Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

   Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır
  14 Dekabr 2023    Oxunub:1070
Avropa İttifaqı ölkələri Gürcüstana üzvlüyə namizəd statusunun verilməsi ilə bağlı danışıqlara başlamaq barədə qərar qəbul ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişelin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

“Avropa Şurası Gürcüstana namizəd statusu verib. Aİ, həmçinin Bosniya və Herseqovina ilə danışıqlara həmin ölkə tərəfindən üzvlük meyarlarına tələb olunan uyğunluq səviyyəsinə nail olduqdan sonra başlayacaq, bunun üçün biz Avropa Komissiyasına mart ayında hesabat təqdim etməyi tapşırmışıq və bununla bağlı qərar qəbul ediləcək”-deyə, o qeyd edib.

Aİ ölkələri həmçinin Ukrayna və Moldovanın icmaya qəbulu ilə bağlı danışıqlara başlamaq qərarına gəliblər.

AzVision.az


Teqlər:





Xəbər lenti