Sülhməramlılar Qarabağın minalardan təmizlənməsində iştirak edəcəklər

   Sülhməramlılar Qarabağın minalardan təmizlənməsində iştirak edəcəklər
  14 Dekabr 2023    Oxunub:1443
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin (RMK) komandanlığı ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə etmək üçün Azərbaycan tərəfi ilə danışıqlar aparıb.
AzVision.az xəbır verir ki bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik bülletenində belə deyilir.

“RMK komandanlığı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyin (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis qoşunlarının nümayəndələri arasında ərazinin birgə humanitar minatəmizləməsinin razılaşdırılması məsələləri ilə bağlı danışıqlar aparılıb”, - bülletendə deyilir.

Bildirilir ki, sülhməramlılar mülki şəxslərə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsi üçün Bakı ilə davamlı qarşılıqlı əlaqəni davam etdirirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti