Putin: ""Şimal axını"nı amerikalılar partladıb"

    Putin:    ""Şimal axını"nı amerikalılar partladıb"
  14 Dekabr 2023    Oxunub:983
Rusiyanın “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin bombalanması çox güman ki, ABŞ və ya onun təsiri altında olanlar tərəfindən təşkil edilib.
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ilin sonunda keçirdiyi mətbuat konfransında deyib.

Rusiya lideri qeyd edib ki, Avropa ölkələri qaz təchizatının yetərli olmamasına görə fəal şəkildə Moskvanı günahlandırmağa çalışır. O bildirib ki, bu cür bəyanatlar “tamamilə cəfəngiyyatdır”.

“Biz Polşada Yamal-Avropa qaz kəmərini bağlamadıq, qaz kəmərinin Ukrayna ərazisindən keçən ikinci qolunu bağlamadıq. Bunu Ukrayna etdi. Biz “Şimal axını 1”i və qismən “Şimal axını 2”ni partlatmadıq. Bunu çox güman ki, amerikalılar edib, ya da kimsə onların təhriki ilə edib”, - Putin izah edib.

O, həmçinin əlavə edib ki, hazırda “Şimal axını 1” xətlərindən biri işlək vəziyyətdədir. Lakin Almaniya hökuməti buna mane olduğundan onun işə salınması mümkün deyil.

Qeyd edək ki, bu gün “Vladimir Putinlə ilin yekunları” adlı birbaşa xətt və mətbuat konfransı baş tutub. Tədbir zamanı dövlət başçısı Rusiya vətəndaşlarının 26, jurnalistlərin isə 33 sualını cavablandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti