"Qayğanağı sevirəm" - Putinin mətbuat konfransında maraqlı cavablar

      "Qayğanağı sevirəm"   - Putinin mətbuat konfransında maraqlı cavablar
  14 Dekabr 2023    Oxunub:1285
Rusiya prezidenti Vladimir Putinin bu gün baş tutan mətbuat konfransı gülməli suallar və ciddi mövzulara komik cavablarsız ötüşməyib. AzVision.az bununla bağlı bəzi seçmələri tədim edir:
"Ən son kiminlə şahmat oynamısınız?" sualına Putin cavab verərkən uşaqla necə şahmat oynamağa çalışdığını danışıb.

"Təsəvvür edin, gənc bir adamdan soruşdum:"Şahmat oyanayaq?". O, cavab verdi:"Oynayaq". Mən yenə soruşdum: "Səncə, mən qalib gələcəmmi?". O, başını qaldırıb dedi: “Çətin ki”.,-Putin oğlanla dialoqunu xatırlayıb.

"Yeni ili necə keçirmək lazımdır?" sualına:"Sevdiklərinizlə və ailənizlə vaxt keçirməyiniz məsləhətdir. Sərgilərə, teatrlara gedin, idmanla məşğul olun, aktiv həyat tərzi sürün",-deyə Putin cavab verib. Prezidentin sözlərinə görə, öz üzərində daimi işləmək də vacibdir.

Yumurtanın qiyməti niyə artıb?
Krasnodardan olan Akopova İrina Aleksandrovna Rusiya Federasiyasının prezidentindən qiymətlərin, o cümlədən yumurtanın bahalaşmasının səbəbini soruşub.
Buna cavab olaraq Putin kənd təsərrüfatı naziri ilə yumurtanın qiyməti ilə bağlı söhbətindən danışıb.

“Bu yaxınlarda mən kənd təsərrüfatı naziri ilə danışdım və soruşdum ki, yumurtalarla bağlı vəziyyət necədir. Onlar hər şeyin qaydasında olduğunu deyirlər. Ona belə cavab verdim: “Vətəndaşlarımızın problemləri var, toyuq yumurtasında artım 40 faiz, bəzi yerlərdə isə toyuq ətində daha çoxdur”.

Rusiya liderinin sözlərinə görə, bu, tələbin təklifi üstələməsi və idxalın vaxtında açılmaması ilə bağlıdır. Putin bu “hökumət işindəki uğursuzluğa” görə də üzr istəyib. Və əlavə edib: "Mən özüm də qayğanağı sevirəm".

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Putin  





Xəbər lenti